Ağdamda minaya düşən traktorçu Mingəçevirə Hospitala göndərilib
09:58 HadisəAğdamda minaya düşən traktorçu Mingəçevirdə yerləşən Hospitala göndərilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, ötən gün rayonun Çəmənli kəndi ərazisində sahədə işləyən traktorçu Məmmədov Məlik Qədir oğlu ağdamda ilkin müayinə və müalicə edildikdən sonra Mingəçevir şəhərində yerləşən Hospitala göndərilib.
Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsi baş verib. Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə traktorla soğan səpərkən minaya düşməsi nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31