Balakəndə ağır qəza - ölən və yaralananlar var
15 Dekabr 2025 19:04 HadisəBu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub.
Olaylar.az xəbər verir ki, nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31