Qusarda avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
14 Dekabr 18:30 HadisəQusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.