Azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11:47 Hadisəzərbaycanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə dekabrın 12-də silah-sursat aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31