Bakıda beşmərtəbəli yaşayış binasında yanğın oldu
11 Dekabr 19:35 HadisəQaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan birotaqlı mənzilin mətbəxində iki ədəd məişət avadanlığı və beş poqonometr mebel yanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı beş m² sahədə, bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və iki ədəd məişət avadanlığı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31