Gəncədə şagirdlərin zəhərlənməsinə görə dönərxananın fəaliyyəti dayandırılıb

Gəncədə baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31