Məşhur opera müğənnisi öldürüldü: oğlu tutuldu

Kaliforniyada məşhur opera müğənnisinin oğlu həbs edilib.Globalinfo.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilib ki, 71 yaşlı Jubilant Sikes dekabrın 8-də evində öldürülüb.

"Müğənni bıçaq xəsarətləri alıb. Hadisə zamanı zərərçəkənin 31 yaşlı oğlu Mayk Sayks evdə olub. O, müqavimət göstərmədən polisə təslim olub və qətldə ittiham olunub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır", - deyə qeyd edilib.

Polis leytenantı Lyuis Gilmorun sözlərinı görə, müğənninin oğlu keçmişində ruhi xəstəlik olub, lakin hadisənin səbəbi aydın deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31