Daha bir dəhşətli təyyarə QƏZASI - Ölənlər var
07:51 HadisəSudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində təyyarənin bütün heyət üzvləri həlak olub.
"İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb", - agentlik adı açıqlanmayan mənbəyə istinadən yazıb.
Məlumatda qeyd olunur ki, hadisədən əvvəl texniki nasazlıq baş verib. Ölənlərin dəqiq sayı açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31