Baş Prokurorluq əməliyyat keçirdi - DSX-nin kapitanı həbs edildi
18:14 HadisəBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib.
Əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb.
Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İş üzrə başqa saxlanılanların da olduğu bildirilib. Hələlik əməliyyat barədə rəsmi açıqlama yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31