Ötən həftə ərzində 1693.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Ötən həftə ərzində 1693.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Olaylar.az xəbər verir ki, bu barədə ANAMA-nın həftəlik məlumatında qeyd edilib.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 273 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 1511 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31