Şəhid anası həlak oldu, bacı-qardaşı yaralandı - DAHA BİR YANĞIN

Hadisənin təfərrüatı məlum olub.

Yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri - Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar.

Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.

Xatırladaq ki, bu gecə Lökbatandakı "Qobu Park-1" yaşayış massivində baş verən yanğında da 4 nəfər həlak olub./qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31