MİDA mənzillərini qanunsuz satan 12 nəfər saxlanıldı

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.

Olaylar.az xəbər verir bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31