Ötən gün 7 mindən çox patron, 8 qumbara aşkar edilərək götürülüb
3 Dekabr 10:46 HadisəÖtən gün daxili işlər orqanları tərəfindən 7 mindən çox patron aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31