Ötən ay azad edilmiş ərazilərdə zərərsizləşdirilmiş minaların sayı məlum olub
13:52 Hadisəİşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə noyabr ayı üzrə məlumat açıqlanıb.
Bu barədə Olaylar.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 575 piyada əleyhinə mina, 208 tank əleyhinə mina, 6510 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 6.443.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31