Öncə Azərbaycan bayrağı ilə səhnəyə çıxdı, sonra ermənini öpdü
13:10 HadisəMərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz sosial şəbəkədəki paylaşımlarına görə tənqid olunub.
Olaylar.az xəbər verir ki, Şəfəq erməni stilist Georgi Kotun Soçidə keçirilən tədbirinə qatılıb.
Tədbirdə 45 ölkədən 300 iştirakçı yer alıb.
Stilistlər səhnəyə ölkələrinin bayrağı ilə çıxıblar. Şəfəq də səhnəyə Azərbaycan bayrağı ilə çıxıb.
Şəfəqin erməni stilisti öpməsi onun tənqid olunmasına səbəb olub.
Şəfəq tənqidlərə belə cavab verib:
"Çox dəyərli müəllimim, mənim üçün müqəddəs adam. Səndən dönmərəm, əziz müəllimim. Mənə ikinci nəfəs verən, uğur gətirən, məni hər kəsin yanında uca, hörmətli tutan insan. Ölkələr arasında ayrıseçkilik görməyən insan, ürəyi brilliantım. Bəli, müəllim tələbə üçün ilahi bir insan olmalıdır". (Musavat.com)