3 nəfərin öldüyü yanğına görə həbs olunan klinika direktorunun vergi borcu üzə çıxdı
18:04 HadisəXəbər verdiyimiz kimi, Yasamaldakı çoxmərtəbəli binada baş vermis yanğınla bağlı "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev həbs olunub.
Qeyd edək ki, Bəhruz Paşayevin rəhbəri olduğu "TAXES GROUP" MMC dövlət qeydiyyatına 2018-ci ildə alınıb. Şirkətin hazırda 6436.04 AZN vergi borcu da mövcuddur. "Loft Dent" klinikası isə sözügedən obyektdə 2023-cü ildə fəaliyyətə başlayıb.
Xatırladaq ki, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib./Teleqraf