Samirə Əfəndi Akif Nağını məhkəməyə verir

Müğənni Samirə Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağı barəsində məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, sənətçi bu barədə "Tarixin bir günü" verilişində danışıb. Bildirib ki, onu təhqir edən Akif Nağı ilə bağlı məhkəməyə müraciət edəcək. 

Qeyd edək ki, Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 xal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Azad Vətən Partiyasının sədri Akif Nağı sosial şəbəkədə Samirə Əfəndini təhqir etmişdi: 

"Samirə Əfəndi adında bir q...q Azərbaycan xalqı adından iyrənc hərəkətlərini davam etdirir. İndi də Qazaxıstanda keçirilən mahnı müsabiqəsində erməni gədəsini bağrına basıb ki, dostuq və sair. Bu q...q bir dəfə də olsun Şəhid Anasını, ya da ayağı, əli, gözü yox Qazini bağrına basıbmı? Hakimiyyət buna Azərbaycanı hardasa təmsil etməyə imkan verməsin. Hər bir azərbaycanlı isə onu harda görsə, üzünə tüpürsün! Azərbaycan xalqının heysiyyatı ilə oynamasınlar!" (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31