Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır
11:31 HadisəBakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yağın nəticəsində dünyasını dəyişən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Vəlibəylinin vəziyyəti ağırdır.
Olaylar.az xəbər verir ki, bu barədə Teleqraf-a jurnalist Xəyalə Rəis məlumat verib.
"Ləmanın müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır. Boğazında şlanq var, nəfəs almaqda çətinlik çəkir. Ümid Allahadır", - X.Rəis əlavə edib.
Ləman Vəlibəylinin 25 yaşı var.
Qeyd edək ki, ötən gün baş verən yanğın nəticəsində üç nəfər, o cümlədən Könül Vəlibəyli vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31