Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı

İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

Olaylar.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, əməkdaşlar tərəfindən aparılan nəzarət tədbirləri zamanı "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq "Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər" əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31