Hövsanda bina yandı - VİDEO
14 Noyabr 20:38 HadisəSuraxanı rayonunda yaşayış binasının damında yanğın baş verib.
Olaylar.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə 10-cu binanın damında yanğın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31