Bərdədə 2 nəfər dəm qazından zəhərlənib

Bərdə rayonunda 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

Hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakinləri Fətəliyeva Aytən Əsgər qızı nəvəsi

Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər. Hər iki şəxsi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Hər iki şəxsin meyiti tibbi müayinədən sonra, aidiyyatı üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31