Gədəbəydə yaşayış binasında yanğın olub

Gədəbəy şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 120 m² olan 5 otaqlı mənzilinin eyvanında 1 ədəd məişət avadanlığı və dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31