Xəzər sahillərində 100-dən çox suiti leşi aşkarlanıb

Qazaxıstanın Xəzər dənizi sahillərində 100 dən çox suitinin leşi aşkarlanıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Manqistau vilayətinin Ekologiya Departamenti bəyanat yayıb.

Məlumata görə, qurumun əməkdaşları Tupqaraqan rayonunda sahil xəttinin monitorinqini aparan zaman ölmüş vəziyyətdə 112 suiti aşkarlayıblar.

Mütəxəssislər baş verən hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırma aparacaq. Bunun üçün ərazi sularından nümunə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31