Toyunda ölən Əfsanə 7 aylıq hamilə imiş - Bir evdə yaşayırmışlar
29 Oktyabr 13:20 HadisəAstaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib.
Olaylar.az-ın məlumatına görə, Əfsanə uzun müddət nişanlısı ilə birgə yaşasa da, rəsmi toy mərasimi oktyabrın 28-də baş tutub. Toyun başlamasından təxminən bir saat sonra qızın səhhəti qəfil pisləşib.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya bildirib ki, gəlin 7 aylıq hamilə olub və valideynlər bu vəziyyəti gizlətmək üçün toyun təşkilini tələsdiriblər. Onun sözlərinə görə Əfsanə və həyat yoldaşı Dolu kəndində qeydiyyatda olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayırmışlar.
Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Əfsanənin özünü də xilas etmək mümkün olmayıb. O, saat 15:00 radələrində dünyasını dəyişib.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.