İtkin düşən 4 hərbçimizin qalıqları Bakıda dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən - şəhid hərbçi Abbasov Rəfael Sultan oğlu, hərbçi Əliyev Əliyar Fərrux oğlu, hərbçi Bayramov Azər Zirəddin oğlu, hərbçi Mehdiyev İlham İmdad oğlunun nəşinin qalıqları ailələrinə təhvil verilib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlərlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu, "Dədə Qorqud" Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Abbasov Rəfael 1975-ci ildə Amasiya rayonunun Mağaracıq kəndində, Əliyar Əliyev 1961-ci ildə Ağdam rayonunun Kolqışlaq kəndində, Azər Bayramov Bakı şəhəri Xətai rayonunda anadan olub və 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşüb. İlham Mehdiyev 1967-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olub, 26 fevral 1992-ci ildə Xocalı şəhəridə itkin düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31