Naxçıvanda Muxtar Respublikasında minik və yük avtomobilləri toqquşub, bir nəfər ölüb.
Olaylar.az Report-a istinadən xəbər verir ki, hadisə Culfa rayonunun Camaldın kəndində qeydə alınıb.
Belə ki, KİA markalı minik avtomobili ilə DAF markalı yük maşını toqquşub. Nəticədə KİA-nın sürücüsü Gülnar Sakit qızı Nəcəfova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31