Bakı metrosunda DAVA - HƏBS EDİLDİLƏR
25 Oktyabr 13:34 HadisəBir neçə gün öncə metronun "Koroğlu" stansiyasında insident baş verib.
İnsident metronun "Koroğlu" stansiyasında qeydə alınıb.
Məlumata görə, platformada bir qrup şəxs arasında mübahisə yaranıb və bu, səs-küyə səbəb olub. Hadisə yerinə gələn polis əməkdaşları dərhal vəziyyətə müdaxilə ediblər.
Qaydanı pozan 4 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Məhkəmənin qərarına əsasən, onların hər biri 30 sutka inzibati həbs cəzası alıb.
Hazırda insidentin səbəbləri araşdırılır./lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31