Əfqan Sadıqov yenə həbs olundu
17:31 HadisəAzərbaycanlı jurnalist Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.Bununla bağlı Tiflis şəhər məhkəməsi qərar verib.
O, oktyabrın 18-də Tiflisdə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.
Xatırladaq ki, Əfqan Sadıqov bundan əvvəl Gürcüstanda ötən il avqustun 3-də həbs edilmişdi. Ötən ilin noyabrında Tiflis Şəhər Məhkəməsi Azel TV-nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb., bu il aprelin 16-da isə məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31