Bakıda FACİƏ: Azyaşlı oğlu ilə sükan arxasına keçən ata uşağın ölümünə səbəb oldu
06:22 HadisəOktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq "BMW" markalı avtomobilə əyləşib.
Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gəlib və hasara çırpılıb.
Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31