Nizami Rəmzinin qızı həbs olundu

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə bloger Nail Kəmərli məlumat yayıb.

O, Reyhanın görüntüsünü paylaşaraq bunları yazıb:

"Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf".

Qeyd edək ki, Nail Kəmərli narkotik aludəçisi olub küçədə yaşayan Reyhanın 2023-cü ildə acınacaqlı həyatını nümayiş etdirmişdi. O, müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31