Eldar Mahmudovun vəkilindən yayılan xəbərlərə REAKSİYA

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib. 

Bu barədə "Qafqazinfo"ya danışan vəkil Cavid Rzazadə bildirib ki, Eldar Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilməyib.

Vəkilin sözlərinə görə, son günlər mediada yayılan məlumatlardan xəbərdardırlar: "Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsin vəkiliyəm. Eldar Mahmudov hansısa istintaq orqanında dindirilsə, mütləq xəbərim olardı".

Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı hallandırılması barədə suala isə cavab verməyib.

Xatırladaq ki, İspaniyanın "Diario de Mallorca" nəşrinin yazdığına görə, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31