Metroda problem yarandı - Qatar tuneldə qaldı

Bu gün səhər saatlarında metronun "Elmlər Akademiyası" və "28 May" stansiyalarında qatar tuneldə qalıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu, metroda intervalın azalması ilə bağlıdır.

"Bəzi günlərdə sərnişin sıxlığının tənzimlənməsi ilə bağlı belə hallar müşahidə edilir. Problem əsasən, "Dərnəgül" - Nizami" sahəsində qeydə alınır. Sıxlıq olanda, sərnişinlər hüdud xəttini keçəndə və ya qapını tutub saxlayanda ləngimələr olur.

"İnşaatçılar" - "Nizami" sahəsi mailli olduğundan, burada qatar stansiyanı tərk etməmiş digər stansiyada qatar hərəkət edə bilmir. Bu səbəbdən həmin istiqamətlərdə cüzi ləngimələr qeydə alınır. Bunun bütün xəttə təsir etməməsi üçün tənzimləmə işləri aparılır", - B.Məmmədov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31