Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı

Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

Olaylar.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31