Zərdabda ağır qəza - ölən və yaralananlar var
13 Oktyabr 21:43 HadisəZərdabda ağır yol qəzası baş verib.
Olaylar xəbər verir ki, hadisə Zərdab-Ucar avtomobil yolunda qeydə alınıb.
"BMW" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.
Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Neymətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31