Partlayış zamanı yaralanan şəxs vəfat etdi - YENİLƏNİB
13:37 HadisəGəncədə evdə partlayış zamanı xəsarət alan Elnur Qurbanov Bakı şəhərindəki xəstəxanalardan birində vəfat edib.
O səhər saatlarında xəstəxanada keçinib.
Onun nəşi bu gün Gəncə şəhərinə gətiriləcək.
Xatırladaq ki, hadisə 9 oktyabr tarixində Gəncə şəhəri Dədə Qorqud küçəsində, Zərinə Ağayevaya məxsus evdə baş vermişdi. 36 yaşlı E.Qurbanov həmin evdə usta kimi çalışırdı.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. /"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31