Bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Xəzər və Qaradağ rayonlarındada iki nəfərin bank kartından oğurluq edilib.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakinləri polisə müraciət edərək kartlarından pul vəsaitlərinin talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 64 yaşlı A.Mansurov və 31 yaşlı E.Süleymanov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31