Son günlər internet resurslarına qarşı DDoS hücumları həyata keçirilib - XƏBƏRDARLIQ
10 Oktyabr 20:05 HadisəElektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.
Bu barədə ETX-dən məlumat verilib.
Bildirilib ki, son günlər "Red Wolf Cyber" və "Hazi Rash" adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.
Bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31