"Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa buraxıldı
10 Oktyabr 2025 11:28 HadisəBakıda həbs edilən "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Kommersant"a Putinin köməkçisi Yuri Uşakov deyib.
O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.
Qeyd edək ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31