Bu qəsəbənin qaz təchizatında fasilə yaranacaq

Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq

Olaylar xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 09.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31