Gəncəyə üçüncü dəfə raket atılmasından 5 il ötür
04:43 HadisəVətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəyə üçüncü raket hücumundan beş il ötür.
Bu, gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi.
Hücum nəticəsində ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdi.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə, 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31