Çay yükünün içərisindən 105 kq narkotik çıxdı
15:35 HadisəAstara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına çay yükü aparan vaqon "Cənub Astara" gömrük postunun "Astara Dəmir Yolu" gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.
Yoxlama zamanı vaqonda olan çay yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31