Bakıda bəzi MTK-lar külli miqdarda borca düşüb - SİYAHI

Azərbaycanda bir neçə məşhur Mənzil-Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb.

Olaylar.az xəbər verir ki, iqtisadiyyat.az bununla bağlı qısa araşdırma aparıb.

Məlum olub ki, bunlardan bəziləri "Nehrəm", "Kristal", "MTK-Real", "Star-M", "MM-İnşaat" MTK-lardır.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə "Nehrəm"in 10070, "Kristal"ın 62667, "MTK-Real"ın 6000 manat, "Star-M"in isə 903 921 manat ödənməmiş vergi borcu yığılıb.

Qeyd edək ki, "MTK-Real" 2005-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Təhmiraz Bədəlovdur. "Star-M" isə 2004-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Cabir Qasımovdur. "Kristal" 2005-ci ildə yaranıb, qanuni təmsilçisi Nəcibə Ağayevadır. 2004-cü təsis edilən "Nehrəm" MTK-nın isə qanuni təmsilçisi hazırda həbsdə olan Tağı İbrahimovun yaxın qohumu Həmid İbrahimovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31