Ötən həftə 1 500 hektaradək ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 82 piyada əleyhinə mina, 74 tank əleyhinə mina, 517 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 432,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31