Qardaş ölkəni silkələyən güclü zəlzələ ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
19:00 Hadisə"Zəlzələlər günlər, həftələr boyunca davam edəcək. Lakin çox böyük bir zəlzələ ehtimalı azdır".
Musavat.com-un xəbərinə görə, bu sözləri Kütahyanın Simav rayonunda baş verən 5,4 bal gücündə zəlzələni canlı efirdə şərh edən mütəxəssis - professor Süleyman Pampal bildirib.
O qeyd edib:
"Bu bölgədə zəlzələlərin davam etməsi gözləniləndir. Burada Qərbi Anadoludan Orta Anadoluya uzanan fay zonasının qırılması nəticəsində zəlzələlər yaranır. 2011-ci ildə Simav zəlzələsi olmuşdu, həmçinin 6,1 bal gücündə Sındırgı zəlzələsi də var. Bu bölgə çox kövrəkdir. 5-6 bal gücündə zəlzələlər istehsal edən bir zonadır. Şimali Anadolu fayı çox mühüm faydır, amma Qərbi Anadoludakı faylar adətən 5-6, nadir hallarda isə 7 bal gücündə zəlzələ yaradır. 7 baldan yuxarı zəlzələlər isə ölkəmizdə dağıdıcı nəticələr doğura bilər.
Bu bölgədəki faylar artıq xeyli enerji boşaldıb. Mənim araşdırma sahəm olduğu üçün bölgəni yaxından izləyirəm. Türkiyənin bütövlükdə yüksək zəlzələ riski altında olduğunu unutmamalıyıq. Buna görə də tikinti proseslərində möhkəm və dayanıqlı binaların inşası əsas şərtdir".