Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki,

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)

Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
Yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlara yol verən restoranın fəaliyyəti dayandırılıb (FOTO/VİDEO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31