İlham İsmayıl saxlanıldı

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl saxlanılıb.

O, dələduzluqda ittiham olunur.Onun polis tərəfindən saxlanıldığı bildirilir.

Hələlik barəsində qətimkan tədbiri yoxdur.

İlkin məlumata görə, o, xaricdə yaşayan oğlu ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, İlham İsmayılın saxlanması barədə xəbəri ilk olaraq unikal.az yayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31