ANAMA: Sifariş edilmiş ərazilərin 60 faizi minalardan təmizlənib
16:31 HadisəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə sifarişi edilmiş ərazilərdə Minatəmizləmə işləri davam etdirilir.
ANAMA-nın bölmə müdiri Böyükağa Haqverdiyev Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, nazirlik tərəfindən sifariş edilmiş 6475.7 hektar sahənin 3877.1 hektar ərazisi minalardan təmizlənib.
"Hazırda layihənin 60 faizi icra edilib, ərazilərdə sifariş əsasında minatəmizləmə işləri davam etdirilir", - deyə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31