Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 00.11-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.
Zəlzələ ocağı Yerin 66 kilometr dərinliyində yerləşib.