Lənkəranda qəzada ölən bacı-qardaşın əmisi danışdı: "Birinci dəfə deyil..." -  YENİLƏNDİ

Bu gün səhər Lənkəranda məktəbə gedərkən yol qəzası nəticəsində həyatını itirən bacı-qardaşın əmisi Hümmət Əliyev danışıb.

Teleqraf-ın xəbərinə görəi, Hümmət Əliyev həmin yolda belə hadisələrin bir neçə dəfə təkrarlandığını bildirib:

"Mən evdə idim, xəbər gəldi ki, uşaqlar tələf olub. Özümü xəstəxanaya çatdırdım. Uşaqlar hazırda morqdadırlar. Onları aparıb dəfn edəcəyik.

"Mercedes" markalı avtomobil sürət həddini aşdığına görə bu hadisə baş verib. Məktəblə evin arası 300 metrdir. Hadisə isə evdən 200 m aralıda baş verib. Dövlət qurumlarından xahiş edirəm ki, bu yolla bağlı tədbir görsünlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31