Azərbaycanda məktəbdə şagird öldürüldü - saxlanılan var
17:14 HadisəCəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Milli.Az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: "Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib. Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.
Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
Faktla bağlı araşdırma aparılır